Neler Yeni

Hoşgeldiniz İslami Forum Sayfası

Tüm özelliklerimize erişmek için şimdi bize katılın. Kaydolduktan ve oturum açtıktan sonra, konular oluşturabilir, mevcut konulara yanıtlar gönderebilir, diğer üyelerinize itibar kazandırabilir, kendi özel mesajınızı edinebilir ve çok daha fazlasını yapabilirsiniz. Ayrıca hızlı ve tamamen ücretsizdir, peki ne bekliyorsunuz?
Blue
Red
Green
Orange
Voilet
Slate
Dark

Ölüm və onun gerçəkliyi (1 Kullanıcı)

Nazli_Namaz

Kayıtlı Kullanıcı
Katılım
7 Şub 2009
Mesajlar
32
Tepki puanı
0
Puanları
0
Yaş
35
Ölüm və onun gerçəkliyi

Ölüm anında ruh, bu dünyadakı insanların içində yaşadıqları boşluqdan ayrılanda,geridə cansız bədəni qalır. Ancaq geridə qalan bədənin hekayəsi də anlamlı və önəmlidir. Xüsusilə bu bədəninə həyatdaykən dəyər verənlər üçün.
Bəs öldükdən sonra bu bədənin başına nələr gələcəyini heç düşündünüzmü?

BİR GÜN ÖLƏCƏKSİNİZ.!

Bəlkə gözlənilməz şəkildə. Cörək almaq üçün mağazaya gedərkən yolda bir maşın tərəfindən.Ya da amansız xəstəlik həyatınıza son vərəcək. Və ya bir anda ürəyiniz döyünməkdən vaz keçəcək.
Bələcə ölümü dadmağa başlayacaqsınız.
Bu andan etibarən də, bədəninizlə heç bir əlaqə qalmayacaq. Həyatınız boyu “MƏN” dediyiniz və sahibləndiyiniz o bədən, adi bir ət parçasına dönəcək. Ölümünüzlə birlikdə bədəninizi başqa insanlar daşıyacaq. Etrafda ağlayanlar Dünən bizimləydi, dağ kimi adamıydı deyəcəklər. Ertəsi gün basdırılma işləri başlayacaq. Daha sonra bədəni ağ kəfənlə sarıyacaqlar. Sonra da tabuta qoyub qəbirstanlığa aparacaqlar. Tabut sizi sevənlər və ya sevir kimi görünənler tərəfindən əllərdə daşınacaq. Sonra o qaçılmaz yerə gəlinəcək , Üstündə sizin adınız yazılı. Bədəni tabutdan çıxarib ağ kəfənlə birlikdə mezarın içinə atacaqlar... və sonra son iş eləniləcək. Ağ kəfənin içindəki bədənin üzərinə torpaq atmağa başlayacaqlar. Kəfənin ağzını açıb içinə də torpaq atacaqlar. Ağzınıza ,burnunuza, boğazınıza , gözlerinizə torpaq dolacaq. Torpaq yavaş yavaş kəfəni örtəcək. İşlər bitəcək və hər kəs gedəcək. Qəbirstanlıq hər zamanki dərin səssizliyinə bürünəcək. Gedənlər öz həyatlarına geri dönəcək, amma basdırılan bədən üçün artıq həyatın heç bir mənası qalmayacaq.Dünyadakı heç bir bədən , heç bir gözəl ev, gözəl mənzərə heç bir şey ifadə etməyəcək. Bədəniniz artıq heç bir dostunuzla görüşməyəcək.Bədən üçün artıq var olan tək şey tək torpaq ve onun içindəki bakteriya ve qurtlar olacaq.

ÖLDÜKDƏN SONRA NƏ HALA GƏLƏCƏYİNİZİ HEÇ DÜŞÜNDÜNÜZMÜ?

Onsuzda basdırılmanızla birlikdə bədəniniz həm içdən, həm də kənardan gələn təsirlərlə surətli bir parçalanmaya məruz qalacaq.
Bədəndə oksigen qalmayacağından, bir müddət sonra mikroblar fəaliyyətə keçərək bədənə yayılacaqlar. Qarında toplanan qazlar cəsədi şişirəcək ve bu şişlik hər tərəfinə yayılaraq bədəni tanınmaz hala gətirəcək.
Bundan sonra ağızdan və burundan qanlı köpüklər gəlməyə başlayacaq. Çürümə davam etdikcə tüklər,dırnaqlar, dabanlar yerlərindən ayrılacaq.
Ən dəhşətlisi isə qarın bölgəsində toplanan qazların dərini zəif nöqtədən partladacaq ve bədəndən ən dəhşətli qoxular gəlməyə başlayacaq.( Ölü insanın qoxusu dünyanın ən iyrənc qoxusudur.)
Dəri ve yumşaq hissələr töküləcək ve skilet görünməyə başlayacaq. Beyin Tamamən çürüyəcək.tük görüntüsünü alacaq. Sümüklər bağlarından ayrılacaq ve skilet dağılmağa başlayacaq.
Bu hadisə cəsəd bir torpaq ve sümük yığımı halını alana qədər beləcə davam edəcək.
“Mən” sandığınız bədən beləcə qorxunc və iyrənc bir şəkildə yox olacaq. Geridə qalanlar sizə halvalar bişirib yeyərkən, torpaqdakı bütün qurtlar, böcəklər, bakteriyalar sizin ətlərinizi yeyəcək.
Əgər bir hadisə zamanı ölsəniz və basdırılmasanız onda çox dəhşətli bir mənzərə ortaya çıxacaq. Bədəniniz bir neçə gün içində qurd yumağı halına gələcək. Qurdlar son ət parçasını yeyənə kimi skiletin arasında dolaşacaqlar.
Beləcə ən gözəl biçimdə yaradılmış insan həyatı , qorxunc biçimdə yox olacaq.

BƏS NİYƏ?

İnsan vücüdunun öldükdən sonra bu hala gelməsi Allahın diləməsi ilədir. Və bunun çox böyük anlamı var. İnsan özünün əslində ötəri bir bədən olduğunu , bu qorxunc sonu görərək anlamalı, bədəndən başqa bir varlığın olduğunu anlamalıdır. Özünü “Ət ve sümükdən” ibarət hesab edən insana , bunun bir aldanış olduğunu qavramaq üçün Allah-təala belə dəhşətli ve ibret verici son hazırlamışdır



Azerice yazdim.Umarim anlarsiniz.anlamasanizda cevire bilirim:)
 

Bu konuyu görüntüleyen kişiler

Üst Alt